İranın 5 dəhşətli ssenarisi: 110 min insan öləcək...
İranın Koronavirusla Mübarizə Mərkəzi ölkədə pandemiyanın nəticələri ilə bağlı 5 fərqli proqnoz hazırlayıb.
Axar.az xəbər verir ki, ən ümidverici proqnoza əsasən, İranda ən azı 8 minə qədər insanın koronadan öləcəyi və bu virusun daha 2 ay davam edəcəyi gözlənilir.
Belə ki, hər 5 proqnozda iyun ayının əvvəllərində virusun pik səviyyədə olacağı qeyd edilib:
“Analiz və təxminlərə görə, İran yay mövsümünün başlanğıcına qədər COVİD-19-a qarşı mübarizə aparacaq. Dövlətin müdaxiləsi və məhdudiyyətləri ölüm faizinə ciddi şəkildə təsir edir. Ən pis proqnoza əsasən, öhdəlik və qadağalara riayət edilməyəcəyi, məsuliyyətdən boyun qaçırılacağı halda ölüm sayı 110 mini keçəcək”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.