banner
banner

Dünya

BMT həyəcan təbili çalır: “Dünyada qida ehtiyatı tükənə bilər”

BMT həyəcan təbili çalır:

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada qida ehtiyatının tükənə biləcəyini açıqlayıb.

CNBC-nin yaydığı xəbərə görə, bunun fermaların fəaliyyətinin dayandırılması və bəzi ölkələrə məhsul ixracı zəncirinin qırılması ilə əlaqədar olduğu bildirilir.

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı dünyanının koronavirusa görə qarşılaşacağı təhlükəni açıqlayaraq, istehsalda yaranan fasilələrin aprel-may ayında ərzaq təhcizatı ilə bağlı problemlər yaradacağını qeyd edib.

Hələlik dövlətlərin qida ehtiyatı olduğu üçün bu vəziyyəti idarə etmək mümkün olur.

Təşkilatın mütəxəssisləri dünya dövlətlərinin böhranın daha da kəskinləşməsinin qarşısını almaq üçün tədbirləri genişləndirməli olduqlarını bildiriblər.

Xüsusilə bazarda iştirak edən dövlətlərin heyvan yemi və bitki toxumlarına çıxış imkanlarının asanlaşdırılmalı olduğu vurğulanıb. (oxu.az)

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.