banner
banner

Dünya

ABŞ hərbi gəmisində həyəcan siqnalı: 100-dən çox dənizçidə koronavirus aşkar edildi

ABŞ hərbi gəmisində həyəcan siqnalı:

ABŞ hərbi-dəniz qüvvələrinə məxsus “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi Pentaqona həyəcan siqnalı göndərərək, təcili yardım və ekipajın xilas olunması çağırışını edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-ın mülkiyyətində olan Quam adasında lövbər salan həmin gəmidə epidemiya bu günlərdə aşkarlanıb.

Gəminin tibb xidmətinin keçirdiyi testlər onlarla dənizçidə SARS-CoV-2 virusunun yeni tipi müəyyən eidlib. Gəminin hərbi rəhbərliyi ekipajın 4000 üzvünün yoluxma ehtimalının güclü olduğunu bildirib.

“Biz müharibədə deyilik, dənizçilər ölməməlidir”,-deyə kapitan Brett Krozye 30 martda yazdığı raportda qeyd edib. Gəmi kapitanı infeksiyanın yayılma sürətinin olduqca yüksək olduğunu və atom təyyarədaşıyıcı gəmidə heyətin ən az bir neçə həftəlik təcdrid olunmasının gərəkliliyini qeyd edib.

ABŞ Sakit okean donanmasının komandiri admiral Con Akvilino “Reuters” agentliyinə verdiyi müsahibədə dənizçilərdən heç birinin xəstəxanaya qaldırılmadığını və hər hansı ekipaj üzvünün təhlükə həddində olmaıdğını deyib.

“The San Francisco Chronicle” qəzetinin məlumatına əsasən, artıq 100-dən çox dənizçi COVİD-19 virusunun daşıyıcısına çevrilib. CNN isə statistik rəqəmlərin doğru olmaıdğını, ABŞ hərbi-dəniz rəhbəlriyinin Çin və Şimali Koreyanın gözündə zəif vəziyyyətə düşmək istəmədiyini xəbər edib.

Birləşmiş Ştatlaırn hərbi-dəniz qüvvəlrinin, habelə NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı admiral Ceyms Stavridis bu cür insidentlərin başqa gəmilərdə baş verməsi ehtimalının olduqca güclü olduğunu söyləyib.

Bundan başqa, CNN ABŞ-ın digər təyyardaşıyıcı gəmisi “Ronald Reyqan”da da koronavirus yoluxması halının baş verdiyini bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.