Çinin Fuszyan əyalətindəki kimyəvi zavodda güclü partlayış baş verib. Hadisə yerli vaxtla bu gecə qeydə alınıb. Partlayış dalğası o qədər güclü olub ki, zavoda yaxın yerləşən binaların damı dağılıb və pəncərələrin şüşələri sınıb. İstehsal vaxtı paraksilol kimi zəhərli maddələrdən istifadə olunur. İnsan ölümü və zərər barədə dəqiq informasiya verilməsə də, şahidlər bir nəfərin yaralandığını bildiriblər. Hadisə yerinə 430 xilasedici göndərilib.
Xatırladaq ki, bu, son iki il ərzində zavodda qeydə alınan ikinci belə hadisədir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.