Avstraliyalı alimlər: Koronavirusu 48 saat içində məhv edən dərman tapmışıq
Avstraliyalı araşdırmaçılar bu qənaətə gəliblər ki, parazitlərə qarşı tibdə istifadə edilən “ivermektin” preparatı hüceyrələrdə SARS-CoV-2 virusunun çoxalmasının qarşısını ala bilər.
“Antiviral Research” jurnalı yazır ki, onun bir dozası 48 saat ərzində virusun RNT-ni orqanizmdə məhv edə, 24 saat ərzində isə xeyli azalda bilər.
Araşdırma qrupunun rəhbəri Kayli Vaqstaf dərmanın həm parazitlərə, həm də viruslara qarşı yaxşı nəticələr göstərdiyini qeyd edib.
Hazırda lazım olan dozanın miqdarının müəyyən edilməsi üçün preparat insanlar üzərində sınaqdan keçirilməlidir.
Alimlər araşdırmanın davam etdirilməsi üçün vəsait axtarır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.