Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyası ilə bağlı fəaliyyətlərinə görə ölümlə hədələndiyini söyləyib.
Oxu.az məlumat verir ki, Qebreyesus koronavirusla bağlı ABŞ-la olan mübahisəsindən bəhs edib.
ABŞ Prezidenti Donald Trampın ÜST-ün koronavirusla mübarizəsi ilə bağlı mənfi açıqlamalarını şərh edən Qebreyesus üç aydır hədələndiyini bildirib:
“Mənə qarşı qəddar və ya irqçi şərhlər... Hətta ölüm təhdidləri. Buna əhəmiyyət vermirəm. Şəxsən ölüm hədələrinə belə cavab vermirəm, vermərəm də. Təşkilatı təhqir edəndə laqeyd qalmaq olmur”.
ÜST baş direktoru Vaşinqtondan gələn tənqidlə bağlı suala cavab verməkdən imtina edərək, deyib:
“Bunun lazım olduğunu düşünmürəm. Vaxt itirməməli və birləşməliyik. Birləşə bilməsək, daha da pis vəziyyətlərlə qarşılaşacağıq”.
Bununla yanaşı, Qebreyesus ÜST-ün siyasətə qarışmadığını da qeyd edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.