"Koronavirusa qalib gəldik" — Daha bir ölkədən şad xəbər
Biz koronavirusun öhdəsindən gəlmişik və bir həftə sonra qadağaları aradan qaldıracağıq.
Bu sözləri Yeni Zellandiyanın dövlət başçısı Jakinda Ardern deyib.
Prezident bildirib ki, işəgötürənlər sosial təcrid qaydalarını yerinə yetirməni təmin edərsə, işçilərin işlərinə qayıtmasına icazə veriləcək. Onun sözlərinə görə, komendat saatı xəstəliyin ötürülməsi zəncirini pozub:
"Son 24 saatda 29 yoluxma təsbit edilib. Son 4 gündə yeni yoluxma sayının azalması prosesin zəiflədiyinə işarədir".
Qeyd edək ki, dekabrın 19-da sərhədlərini bağlayan bu ölkə martın 26-dan bu yana küçələrə çıxmamaq qadağası tətbiq edir. 1239 yoluxma faktının qeydə alındığı Zellandiyada cəmi 1 nəfər koronavirusdan vəfat edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.