banner
banner

Dünya

Evlərdən 700 cəsəd çıxarıldı: Ekvadorda koronavirus dəhşəti davam edir – FOTOLAR

Evlərdən 700 cəsəd çıxarıldı:

Güney Amerika ölkəsi olan Ekvadorda koronaviurs dəhşəti davam edir. Ötən gün rəsmilər ölkənin Quayaquil qəsəbəsində evlərdən 700-dən çox cəsəd toplandığını açıqlayıb. 

Qeyd edək ki, Ekvadorda koronavirus bəlası ucbatından səhiyyə sistemi çöküb. Bununla bərabər hökumət ölən şəxslərin dəfnini üzərinə götürmədiyindən xaos vəziyyəti yaşanmaqdadır. 

Quayaquildə Koronavirusa qarşı Birgə İş Qrupuna rəhbərlik edən Corc Vated mövcud vəziyyəti bu cür izah edib: “Quayaquildə evlərdən topladığımız cəsədlərin sayı 700-ü keçib”. 

Vated evlərdən çıxarılan cəsədlərin hansılarının koronavirusdan dünyasını dəyişdiyinin məlum olmadığını deyib. 

Beləliklə Güney Amerikanın Uhanı hesab edilən Quayaquildə cəsədlər zibil torbalarına, ya da karton tabutlara qoyularaq, ailələrinə təhvil verilir. Bəzi vətəndaşlar sahibsiz cəsədləri küçələrdə yandırmaq məcburiyyətində qalır.

Xatırladaq ki, Ekvadorda bu günə qədər 7 min 466 nəfər koronavirusa yoluxub, 333 nəfər virusdan dünyasını dəyişib.

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.