banner
banner

İdman

İnsine karyerasını "Napoli"də davam etdirəcək

İnsine karyerasını "Napoli"də davam etdirəcək

İtaliyanın "Napoli" futbol klubunun forvardı Lorenzo İnsine agent Mino Rayola ilə əməkdaşlığı dayandırıb.

Trend-in məlumatına görə, bu barədə "Futbol Italia" portalında məlumat verilib.

28 yaşlı futbolçunun bu qərarına səbəb karyerasının sonuna qədər "Napoli" də qalmaq istəyi olub. "Napoli"nin kapitanı müştəriləri fransalı Pol Pogba və isveçli Zlatan İbragimoviç kimi oyunçular olan M.Rayola ilə 2018-ci ildən əməkdaşlıq edir.

L.İnsine 2009-cu ildən "Napoli" komandasının oyunçusudur. Klubda oyunu zamanı onun hesabında 336 matç, 86 qol və 72 faydalı ötürmə var. Futbolçu klubla birlikdə İtaliya kuboku və Superkubokunu qazanıb, İtaliya millisində isə forvard 34 oyun keçirib və yeddi qol vurub .

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.