banner
banner

İdman

Futbolçunun həyat yoldaşı: “Qarabağ”la Bakıdakı oyun həmişə yadımda qalacaq"

Futbolçunun həyat yoldaşı:

“Futbolçunun yanındakı həyat olduqca çətindir, amma qarşılıqlı anlaşma və dəstəklə bunu asanlaşdıra biləcəyimizə ümid edirik. Pis şeylərdən biri də odur ki, heç vaxt nəsə planlaşdıra bilmirsiniz. Çünki hər şey oyunların cədvəlindən və nəticələrdən asılıdır”.

“Report”un məlumatına görə, bu fikirləri Kiprin APOEL klubunun futbolçusu Nikolas Yannunun həyat yoldaşı Kristina Efstatyu “Kerkida” nəşrinə müsahibəsində deyib.

O, hər dəfə stadiona gedən eyni hissi keçirdiyini sözlərinə əlavə edib və Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçirdikləri cavab qarşılaşmasını xüsusi fərqləndirib: "Bu mövsüm Bakıda “Qarabağ”la oyun həmişə yadımda qalacaq. Nikolasın APOEL-in Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etməsinə töhvə verməsi heç vaxt unuda bilməyəcəyim bir şeydir”.

Qeyd edək ki, "Qarabağ" Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib, cavab qarşılaşmasında isə 0:2 hesabı ilə uduzduğu üçün pley-off-a vəsiqə qazana bilməyib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.