Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlu qəzaya düşüb. Prezidentin oğlu Aleksey Poroşenko Kiyev şəhərinin mərkəzində avtomobili ilə qəzaya düşüb. Hadisə nəticəsində Aleksey Poroşenko ciddi xəsarət almayıb. Aleksey Poroşenkonun AA 5515 KR nömrə nişanlı “BMW 3” zirehli avtomobili "Azov" batalyonunun “Mitsubişi L200” avtomobili ilə toqquşub. Xatırladaq ki, Aleksey Poroşenko Ukraynanın millət vəkilidir . O, Vinnitsa dairəsindən Radaya deputat seçilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.