banner
banner

Dünya

Ağ Evə qaranlıq çökdü

Ağ Evə qaranlıq çökdü

Vaşinqtonun mərkəzində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaşanıb. Ağ Ev və Dövlət Departamenti də  daxil olmaqla, bir neçə dövlət idarələri və muzeylər bir müddət işıqsız qalıb.  

NBC Washington telekanalı Çarlz Kauntidə yerləşən elektrik yarımstansiyasında problemlərin  yarandığını bildirir. “Rerso” elektrik enerjisi şirkəti insidentin səbəblərini araşdırır. Bir neçə metro stansiyaları “qəza işıqlandırma rejimi”nə keçib. Qatarların hərəkətində problem yaranmayıb.

Enerjisinin verilişində məhdudiyyətlərin yaranması səbəbindən Ağ Ev və Dövlət Departamentində brifinqlər  dayandırılıb. Dövlət idarələri dərhal alternativ enerji mənbələrinə keçib.  



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.