banner
banner

Dünya

AEBA İrana şərt kəsdi

AEBA İrana şərt kəsdi

İran hakimiyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə müvafiq saziş imzalandıqdan sonra hər üç aydan bir nüvə proqramı barədə AEBA-ya məruzə verəcək. Bu barədə AEBA-nın rəhbəri Yukiya Amano CNN telekanalına müsahibəsində bildirib.  

“İran nüvə proqramı barədə bəyannaməni hər üç aydan bir yeniləməyə borcludur”, deyə Yukiya Amano bildirib.   

Amanonun sözlərinə görə, əgər AEBA əməkdaşları  ziddiyyət aşkarlayarsa, yaxud onlarda şübhə yaranarsa, onlar obyektə daxil olmaq üçün sorğu verə bilərlər və İran bunu təmin etməlidir.   

AEBA rəhbəri həmçinin qeyd edib ki, təşkilat əməkdaşları obyektə gəlməzdən iki saat əvvəl səfəri ilə bağlı İran tərəfinə sorğu verə bilər. Əvvəlki razılaşmaya əsasən, AEBA analoji sorğunu İran tərəfinə 24 saat əvvəl verə bilər.(apa)

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.