Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərini yerli mətbuat işçiləri özlərinə məxsus şəkildə işıqlandırıblar. Səfərdən əvvəl Ankara ilə Tehran arasında münasibətlərin gərginləşməsi, Yəməndəki vəziyyətlə əlaqdar olaraq ölkələrin fərqli mövqelərdən çıxış etməsi onları qarşı-qarşıya qoymuş və Ərdoğan İranı bu mövzuda qınamışdı. Bu səbəblə də iranlılar Türkiyə prezidentinin işlətdiyi sözlərə görə üzr istəməsini tələb edirdilər. Xüsusilə ölkənin müstəqil mətbuat vasitələri tənqidlərindən çəkinməyiblər. İranın islahatçı qəzetlərindən hesab edilən “Şahrəvand” qəzeti R.T.Ərdoğanın səfəri barədə yazarkən, onun karikaturasını hazırlayıb və “Osmanlı Don Kixotu Tehran-Şahrəvanda” başlığı ilə yayımlayıb.
Qeyd edək ki, Türkiyə prezidentinin Tehran səfəri iranlı siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb. Rəcəb Tayyib Ərdoğanın Yəməndəki hadisələrdə İranı günahlandırması və İrandan qüvvələrini geri çəkməyi tələb etməsi Tehranda etirazlara səbəb olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.