Makedoniya Futbol Federasiyası millinin baş məşqçisi Boşko Djurovskini vəzifəsindən uzaqlaşdırıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, milli komandanın “Avro-2016”nın seçmə mərhələsində uğusuz çıxışı federasiyanı bu addımı atmağa məcbur edib.
Djurovskinin rəhbərliyi altında seçmə mərhələdə beş oyundan yalnız birində qələbə qazanan Makedoniya millisi qrupda 5-ci pillədə yer alıb.
Qeyd edək ki, Djurovski “Qarabağ”ın makedoniyalı üzvü Muarem Muaremi son vaxtlar milliyə dəvət etmirdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.