banner
banner

İdman

“Doğru ünvandayam” – Stenli Brard

“Doğru ünvandayam” – Stenli Brard

“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası martda Hollandiyada səfərdə olub. Əvvəl “Feyenoord”la yoxlama oyunu keçirib, ardınca “Teksel kuboku”nda qüvvəsini sınayan “qırmızı-qaralar”ın səfəri yerli mətbuatın da diqqətindən kənar qalmayıb.

CİA.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” Futbol akademiyasının direktoru Stenli Brard Hollandiyaya səfər edən nümayəndə heyətinə rəhbərlik edib.

“Feyenoord”un sabiq futbolçusu və akademiyasının direktorunun vətənə qısa müddətli qayıdışından istifadə edən hollandiyalılar komandanın düşərgəsinə baş çəkib, nrc.nl saytı üçün “Qəbələ” və Brardla bağlı yazı hazırlayıb. Hollandiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlama da verib. Brard Azərbaycanın yüksək potensiallı ölkə olduğunu bildirib:

“Azərbaycan özünün güclü iqtisadi potensialı, zəhmətkeş xalqı ilə inkişaf edən dövlətdir. Bu ölkə sənaye, mədəniyyət və idman sahələrində olduqca böyük sayda nailiyyətlər əldə edib. “Qəbələ” Azərbaycanda ən yaxşı maddi-texniki bazaya malik klublardan biridir. Burada futbolçu və məşqçilər üçün hər şey mükəmməl təşkil olunub. Oyunçular klubdan böyük sevgi və qayğı görürlər”.

“Feyenoord”a qayıtmaqla bağlı suala aydınlıq gətirən mütəxəssis indiki işindən məmnunluğunu qeyd edib: “Əlbəttə, qayıda bilərəm. Amma hazırda doğru ünvandayam, yaxşı mütəxəssis və insanların əhatəsindəyəm”.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.