ABŞ mütəxəssisindən qorxunc iddia: "Koronavirus epidemiyasının ikinci dalğası daha ağır olacaq"
ABŞ-ın “Xəstəliklərə Nəzarət və Önləmə Mərkəzləri”nin direktoru Robert Redfeld ölkədə yeni tip koronavirus epidemiyasının ikinci dalğasının daha ağır ola biləcəyini deyib.
“Vaşinqton Post” qəzetinə danışan Redfeld qeyd edib: “Gələn qış mövsümündə koronavirusun yenidən yayılması indi yaşadığımız vəziyyətdən daha ağır nəticələrə gətirib çıxara bilər”.
Bununla da ABŞ-ın səlahiyyətli orqanlarına xəbərdarlıq edən Redfeld indidən koronavirusun ikinci dalğasının baş verməsi ehtimalı ilə bağlı hazırlıqlara başlanılmasına çağırış edib.
Onun sözlərinə görə, qeyd olunan ehtimal baş verərsə, ABŞ-ın səhiyyə sistemi “ağlagəlməz bir yük” altına düşəcək.
Xatırladaq ki, ABŞ-da koronavirusa yoluxanların sayı 819 min 321 nəfərə çatıb, 45 min 355 nəfər isə dünyasını dəyişib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.