İsrail parlamentində gərginlik: Ərdoğan müdafiə edildi
Israil parlamentinin Fələstin əsilli deputatı Əhməd əl-Tibi məclisdə Türkiyə və Ərdoğanla bağlı mənfi fikirlər səsləndirənlərə qarşı çıxıb.
Axar.az xəbər verir ki, o, İsrail baş naziri Benyamin Netanyahunun uğursuz bir siyasətçi olduğunu deyib.
"Ölkədə 1,5 milyon nəfər işsiz insan var. Buna səbəb sənsən, cənab Netanyahu. Digər tərəfdə isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uşaqlarımıza yardım edir", - Əhməd əl-Tibi bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.