banner
banner

İdman

İtaliya klubları ciddi itki ilə üzləşəcək

İtaliya klubları ciddi itki ilə üzləşəcək

"Mən bu vəzifədə olduğum müddətdə heç vaxt mövsümün erkən başa çatmasına razı olmayacağam".

"Report"un məlumatına görə, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin "Football Italia" nəşrinə açıqlamasında deyib.

Federasiya rəhbəri bildirib ki, mövsüm vaxtından əvvəl başa çatsa, 700-800 milyon avro itirəcəklər: "Mövsümün erkən başa çatması İtaliya futbolunun ölümü deməkdir. Oyunlar azarkeşsiz keçirilsə, itkimiz 300 milyon avro olacaq. Fanatlarla keçiriləcəyi təqdirdə isə 100-150 milyon avro itirəcəyik".

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirus pandemiyasına görə dayandırılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.