Türkiyədə koronavirusla mübarizədə 11 mart tarixindən sonra ilk yaşanıb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca öz tvitter mikrobloqunda məlumat verib.
Nazirin sözlərinə görə, ötən gün ölkədə 24000 test aparılıb, 1670 yeni koronavirusa yoluxma faktı aşkarlanıb.
"Mayın 3-də 61 nəfər COVID-19-a yoluxma nəticəsində vəfat edib. 4892 nəfər sağalaraq evə buraxılıb.
İndiyədək ümumilikdə 1135367 test aparılıb. Virusa yoluxanlar 12645 nəfər təşkil edir. Bu günə qədər 3 397 nəfər isə xəstəliyin qurbanı olub.
Reanimasiyada olan xəstə sayı 1424, intubasiya olunmuş xəstələrin sayı 766, sağalan xəstələrin sayı isə 63151-dir.
Beləliklə, 11 martdan etibarən ilk dəfə mayın 3-də sağalan xəstələrin sayı mövcud koronaviruslu xəstələrin sayını ötüb. Tədbirlərə riayət etdikcə nəticə daha yaxşı olacaq", - deyə F. Qoca qeyd edib.


