Fələstinlilər sülhə hazırdırlar və bu həftənin sonunda BMT-yə İsraillə sülh danışıqlarına dair "yeni cədvəl" təqdim edəcəklər. Bunu Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas Nyu-Yorkda, BMT-nin Baş Assambleyası çərçivəsində tələbələrlə keçirdiyi görüş zamanı çıxışında deyib. Fələstin lideri bildirib ki, münaqişənin açarı hər iki ölkənin sərhədlərini müəyyənləşdirəcək xəritəyə dair razılaşma əldə etməkdir. Mahmud Abbas həmçinin Amerika Birləşmiş Ştatlarını İsrailin əsl dostu olmağa və ona təzyiq göstərməyə çağırıb.
"Mən İsrailin saxta dostu deyil, əsl dostu olan Amerika üçün dua edirəm. Əsl dostlar necə səni sərxoş vəziyyətdə sükan arxasına keçməyə qoymursa, Amerika da İsrailin əsl dostu kimi onu qadınları və uşaqları kütləvi şəkildə öldürməkdən çəkindirməlidir", - deyə Mahmud Abbas bildirib.
Fələstin lideri həmçinin hazırda Suriya və İraqın bir hissəsinə nəzarəti ələ keçirən İŞİD terror qruplaşması «barbarlar» adlandırıb və bildirib ki, məsum insanları öldürən İŞİD və əl-Qaidə kimi qruplaşmalar həqiqi müsəlmanlar deyillər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.