Rusiya dövlətinə məxsus "Qazprom" şirkətinin gəlirləri bu ilin ilk iki ayı ərzində 70 faiz azalıb. Bu, ölkə rəhbərliyini ciddi şəkildə narahat edir. Bu məqsədlə Prezident Vladimir Putinin bu gün "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller ilə görüşəcəyi gözlənilir. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, görüşdə təbii qaz məsələləri müzakirə olunacaq, ancaq onları açıqlamaq fikrində deyiləm. Rusiya Federal Gömrük Xidməti bildirib ki, "Qazprom"un ixrac gəlirlərindəki azalma yanvar-fevral aylarında 7.4 milyard dollara bərabər olub.
Belə ki, ötən ilin ilk iki ayında ixrac 37.4 milyard kubmetr olubsa, bu il bu rəqəm 27.5 milyard kubmetrə düşüb. Bunun da 18.7 milyard kubmetri MDB ölkələrindən xaricə, qalanı MDB daxilinə gedib.
Xatırladaq ki, ötən ilin yanvar-fevralında qazın min kubmetri 334 dollar idisə, bu ilin həmin dövründə qiymət 269 dollar olub.(anspress)
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.