İran Hərbi Dəniz Qüvvələrinə aid “Jamaran” döyüş gəmisi təlim zamanı səhvən “Konarak” köməkçi gəmisini vurub.
Axar.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri rəsmi məlumat yayıb.
Bildirilir ki, hadisə Fars körfəzində baş verib.
Məlumata görə, hadisə zamanı ən azı bir hərbçi həlak olub, bir neçəsi isə xəsarət alıb.
Məsələ ilə bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid “Cəvan” qəzetinin əməkdaşı Vahid Hacipur sosial şəbəkə hesabında hadisə zamanı 40 hərbçinin öldüyünü iddia edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.