Gürcüstanın Baş naziri İrakli Qaribaşvili üçüncü dəfə ata olub. Cia.az-in məlumatına görə, bu barədə "Gürcü arzusu" koalisiyasının mətbuat xidməti xəbər yayıb. Bildirilib ki, onun üçüncü oğulu aprelin 7-də Gürcüstan vaxtı ilə saat 23:30-da doğulub. Hazırda ana və uşaq özünü yaxşı hiss edirlər. Valideynlər övladlarına Qabriyel adının qoyulmasına qərar veriblər. Xatırladaq ki, İrakli Qaribaşvili və Nunuki Tamazaşvili cütlüyünün Nikoloz və Andriya adlı daha iki oğlu var.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.