Koronavirusun ikinci dalğası başladı- on milyon əhalisi olan şəhər bağlandı, 108 milyon karantində
Çində koronavirusun yeni dalğası baş verib. Çin hökuməti ölkənin şimal-şərqində 100 milyondan çox insana təhlükə törədə biləcək virusun yaylıla bilməsi səbəbindən ciddi karantin tətbiq etmək məcburiyyətində qalıblar.
“Bloomberg”in məlumatına görə, indiyə qədər bölgədə yalnız 34 yeni infeksiya qeydə alınıb. Lakin Çizilin əyalətində artıq məktəblər və nəqliyyat tam bağlanıb. Agentlik qeyd edir ki, bu, Çin hakimiyyətinin koronavirusun mümkün ikinci dalğasında qorxduğunu göstərir.
İddia olunur ki, təcili hazırlıqlara səbəb odur ki, koronovirusun ikinci dalğasının daha ağır ola bilər. Çin hakimiyyəti Şulan şəhərini tam mühasirəyə alıb. Vilayətə təcili hökumət komissiyası göndərilib. Daha bir əyalət Lyaonin də karantin rejimi tətbiq edilib ki, bununla da təcrid edilənlərin ümumi say 108 milyona çatıb. Çölə çıxmaq yasağı tətbiq edilmiş şəhərlərdə insanlara yemək almaq üçün iki gün ərzində yalnız bir dəfə evdən çıxmağa icazə verilir.
Vətəndaşların gizlədə bilməmələri üçün qızdırma və soyuqdəymə simptomlarına qarşı sürətli təsir göstərən dərmanların apteklərdə satılması qadağan edilib.
Çin rəsmiləri infeksiyanın yenidən yayılmasının haradan başladığını bilmirlər. Bir versiyaya görə, Çizilinə virus Rusiyadan yayıla bilər. Çünki karantinə bağlanmış şəhər Rusiyanın Primorye şəhəri ilə sərhəddə yerləşir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.