Yunanıstan baş naziri Aleksis Tsipras ikitərəfli iqtisadi-siyasi münasibətləri müzakirə etmək üçün Moskvada Vladimir Putinlə görüşüb. Görüşdən sonra Rusiya və Yunanıstan liderləri danışıqların nəticəsi olaraq ölkələr arasında 2015-2016-cı illər üçün birgə tədbirlər planını imzalayıb. Yunanıstan baş naziri Aleksis Tsipras ölkəsinin Avropa Birliyi üzvü olmasına baxmayaraq, İttifaqın Rusiyaya qarşı sanskiya siyasətinin məntiqi ilə razılaşmadığını, bunun faktiki olaraq Moskvaya qarşı “iqtisadi müharibə" olduğunu söyləyib: “Rusiyanın sanksiyalara cavab ölçüləri Yunanıstan iqtisadiyyatını ağır yaralayıb. Biz Qərbin bu sanksiyaları ilə razılaşmadığımızı bundan əvvəl də açıq bəyan etmişik”.
Görüşdən əvvəl Putinin Yunanıstanın adını ərzaq embarqosu siyahısından çıxaracağı barədə söz-söhbətlər dolansa da, jurnalistlərə verdiyi açıqlamada Putin bunu istisna edib. Putin Yunanıstanın Rusiyaya qarşı sanksiyalara məcburiyyətdən qoşulduğunu anladığını desə də, xaricdən malların idxalına qoyulan qadağa ilə bağlı təkcə Yunanıstanı istisna etməyin düzgün olmadığını vurğulayıb.
Putin görüşdə həmçinin Yunanıstanın Türkiyə axını layihəsində iştirakının müzakirə olunduğunu diqqətə çatdırıb və Afinanın qoşulacağı təqdirdə bunun Yunanıstana yüz milyonlarla avro gəlir gətirəcəyini vurğulayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.