banner
banner

Dünya

Dinim sünnilik yox İslamdır

Dinim sünnilik yox İslamdır

“Bir insan sünni də ola bilər, şiə də. Amma inanc nöqtəsində gələcəyimizi nə sünnilik nə də şiəlik müəyyən etməyəcək”. Bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. İran səfərindən ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərlə söhbət edən Ərdoğan İslam dünyasının parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya olduğunu deyib. 
“Bizim üçün müəyyən edici qüvvə məzhəb deyil. Bizim üçün müəyyən edici güc və anlayış İslamdır. Biz indiyə qədər hadisələrə belə baxdıq, bundan sonra da belə baxacağıq. Sizin məzhəbçi bir fikriniz ola bilər. qırşınızdakını sizin kimi düşünməyə məcbur etsəniz ümməti parçalamış olarsınız. Hazırda İslam dünyası parçalanmaq təhlükəsi ilə üz-üzədir. Bunun qarşısını almaq lazımdır. Biz də bunun üçün cəhd etməliyik”. 
Türkiyə prezidenti ən böyük qorxusunun məzhəb təəssübkeşliyi olduğunu bildirib:

“Açıqca deyirəm, həmişə ən böyük qorxum məzhəb təəssübkeşliyi olub. Məzhəb təəssübkeşliyindən xilas olmasaq bu problemlərlə yaşamağa davam edəcəyik. Bu sadəcə müsəlmanlar arasında deyil. Bilirsiniz, qərbdə də məzhəbçiliyin nəticələri çox pis olub. Eyni şeyləri regionda biz də yaşayırıq”. 
Rəcəb Tayyib Ərdoğan dininin sünnilik yox, İslam olduğunu vurğulayıb:
“Mənim sünnilik adlı dinim yoxdur, şiənin də şiəlik adlı dini olmasın. Bizim dinimiz İslamdır. Bunu hər yerdə deyirəm”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.