Almaniya kubokunda 1/4 finalın daha iki oyunu keçirilib.
Qol.Az-ın məlumatına görə, baş tutan oyunlardan sonra son yarımfinalçılar da müəyyənləşib.
Səfərdə "Arminiya"nın qonağı olan "Borussiya" (Münhenqladbax) klubu 120 dəqiqə ərzində rəqibin müqavimətini qıra bilməyib - 1:1. Penaltilər seriyasında daha dəqiq oynayan meydan sahibləri yarımfinala yüksəlib - 5:4.
Bu mərhələnin mərkəzi qarşılaşması Leverkuzendə keçirilib. Burada "Bayer" və "Bavariya" üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtlarında hesab açılmadığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan "Bavariya" yarımfinala adlayıb - 5:3.
Qeyd edək ki, daha öncə "Borussiya" (Dortmund) və "Volfsburq" komandaları yarımfinala vəsiqə qazanıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.