banner
banner

Sağlamlıq

Antibiotiklərdən istifadə zamanı ehtiyatlı olmaq lazımdır

Antibiotiklərdən istifadə zamanı ehtiyatlı olmaq lazımdır

İnfeksion xəstəliklər və soyuqdəymə zamanı müxtəlif müalicə üsullarından istifadə olunur. Antibiotiklər ən tez təsir edən vasitələrdən biridir.

Mütəxəssislər bildirirlər ki, antibiotiklər yalnız həkim məsləhəti ilə təyin olunmalıdır. Lakin həmin dərmanlar apteklərdə reseptsiz satıldığına görə onu maneəsiz alır və istifadə edirlər. Həmin dərman preparatları orqanizmdəki mikrobları məhv etsə də, onun uzun müddət və yersiz istifadəsi həzm pozğunluğu, bağırsaqlarda narahatlıq yarada, mərkəzi sinir sisteminin zəifləməsinə səbəb ola bilər.

Həkim-fitoterapevt Elnur Eldaroğlu deyib: "Təəssüf ki, soyuqdəyməsi olan, özünü bir balaca narahat hiss edən zaman dərhal antibiotiklərin köməyindən istifadə edən xəstələr çox olur. Əslində isə antibiotiklərin təhlükəli tərəfləri də var. Ev şəraitində vurulan antibiotiklər bəzən xəstəni şoka salır. Ona görə də antibiotiklərdən mümkün qədər az istifadə olunmalıdır".

Soyuqdəymə və qripə qarşı mübarizə aparmaq üçün təbii vasitələr - kəklikotu, dazıotu, çaytikanı, itburnu kimi bitkilər və arı südü kimi məhsullar da köməyə çatır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.