Boston marafonunun hücumçusu Cövhər Tsarnayev 30 maddə üzrə günahkar tanınıb.
ANS PRESS-in məlumatına görə, 21 yaşlı mühacir qardaşı Tamerlana 2013-cü il Boston marafonu zamanı 3 nəfərin ölümü, 264 nəfərin yaralnması ilə nəticələnən hücumda yardım edib.
Müttəhimin məhkəməsi 2 gün ərzində hər gün 11 saat davam edib.
Vəkillərin Cövhərin böyük qardaşı Tamerlanın təsiri altına düşdüyünə dair iddiası məhkəmə tərəfindən qəbul edilməyib.
Tsarnayev ölüm və ya ömürlük həbs cəzasına məhkum edilə bilər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.