Futbol üzrə 2018-ci ildə Rusiya təşkil olunacaq dünya çempionatının loqotipi təqdim olunub.
Ötən gün keçirilən təqdimetmə mərasimində FİFA prezidenri Yozef Blatter, qurumun baş katibi Jerom Valke, Rusiyanın İdman Naziri Vitali Mutko və 2006-cı il dünya çempionu Fabio Kannavaro iştirak ediblər.
"Bu loqotip dünya çempionatının və Rusiyanın meydan sahibi ölkəsi kimi unikal xüsusiyyətlərini özündə cəmləşdirir" - deyə Blatter bildirib. //Anspress
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.