banner
banner

İdman

Canluici Buffon daha bir il "Yuventus"da çıxış edəcək

Canluici Buffon daha bir il "Yuventus"da çıxış edəcək

İtaliyanın "Yuventus" klubu qapıçısı Canluici Buffon ilə müqavilənin müddətini uzadacaq. 

"Report" xəbər verir ki, 42 yaşlı qolkiper Turin təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq sözləşməsini yeniləmək barədə razılığa gəlib. 

Təcrübəli oyunçu daha bir il "Yuventus"da çıxış edəcək. 

Qeyd edək ki, Canluici Buffon 2001 - 2018-ci illərdə "Yuventus"da çıxış edib.

2018/2019 mövsümünü Fransa PSJ-sində keçirdikdən sonra ötən ilin yayında Turin klubuna qayıdıb.

Daha əvvəl "Yuventus"un idman direktoru Fabio Paratiçi Buffonla yanaşı Corco Kyellinini və Paulo Dibala ilə də danışıqlar apardıqlarını təsdiqləyib. 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.