banner
banner

İdman

KİV: Bakıdakı "Formula 1" yarışı risk altındadır

KİV: Bakıdakı "Formula 1" yarışı risk altındadır

"Formula 1" üzrə dünya çempionatının təqvimi bu gün rəsmən açıqlanacaq. 

"Report" xəbər verir ki, mövsüm Avropdakı 8 Qran-pri ilə başlayacaq və azarkeşsiz keçiriləcək. 

Avstriya hökuməti yarışla bağlı razılıq verib və start məhz bu ölkədə olacaq. "Formula 1"in kommersiya hüquqlarına sahib olan "Liberty Media" və Beynəlxalq Avtomobil Federasiyası ən azı 15 - 18 yarışdan ibarət dünya çempionatı təşkil etməyi hədəfləyir. 

Mövsümün sonrakı hissəsi koronavirus pandemiyasının inkişafı və Avropa xaricində sayahət məhdudiyyətləri əsasında qurulacaq. Sinqapurdakı yarış ləğv ediləcək, Azərbaycan və Rusiya Qran-priləri risk altında olduğu üçün sentyabrın ortalarında İtaliyada ikinci yarış baş tuta bilər.

Almaniya və Portuqaliya Qran-prilərinin də təqvimə əlavə olunma ehtimalı var. 

"Formula 1" təqvimi (birinci hissə) 

5 iyul – Avstriya
12 iyul – Avstriya
19 iyul - Macarıstan
2 avqust – Böyük Britaniya
9 avqust – Böyük Britaniya
16 avqust – İspaniya
30 avqust – Belçika
6 sentyabr – İtaliya

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb.

Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub.

Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.