“İspaniya iyunun 22-də Fransa və Portuqaliya ilə sərhədləri hər kəs üçün açıq elan edəcək".
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu İspaniyanın turizm naziri Reyes Maroto deyib.
İyunun 4-də Türkiyə İran və İraqla olan sərhəd-keçid məntəqələrini yükdaşımaları üçün açıb.
Qeyd edək ki, İspaniya Avropada pandemiyanın ocaqlarından biri olub. Belə ki, bu ölkədə indiyədək 240 326 nəfərə koronavirus diaqnozu qoyulub, onlardan 27 128 nəfər vəfat edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.