Ukrayna prezidenti Pyotr Poroşenko İkinci Dünya müharibəsinə görə Stalini günahlandırıb. Prezident Poroşenko Polşa prezidenti Bronislav Komorovski ilə görüşü zamanı bildirib ki, Adolf Hitler və İosif Stalin Avropanı parçalamaq üçün birlikdə İkinci Dünya müharibəsini törədiblər. "Hitler Stalinlə birlikdə qanlı İkinci Dünya müharibəsini törədiblər ki, Avropa ölkələri arasında parçalanma yaratsınlar və qitəni parçalasınlar", - deyə Ukrayna prezidenti bildirib. Qeyd edək ki, bəzi mənbələr Ukraynanın yeni hakimiyyətinin son zamanlar nasist kollaborasionistlərin (İkinci Dünya müharibəsi zamanı öz vətənini işğal etmiş faşist işğalçıları ilə əməkdaşlıq edən vətən xainləri) qəhrəman kimi təqdim edilməsi üçün təbliğat apardığını bildirirlər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.