"Barselona"nın müdafiəçisi Daniel Alveş mövsümün sonunda komandadan ayrılacaq.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə braziliyalı futbolçunun meneceri Dinorah Santa Ana açıqlama verib.
O, "Barselona" ilə danışıqlar apardıqlarını, amma razılığa gələ bilmədiklərini deyib: "Barselona" ilə danışıqlar aparmaq üçün bir il gözlədik. Lakin onların təklifini qəbul etməyimiz mümkün deyildi. "Barsa" bizə 1+2 sistemi üzrə müqavilə təklif etdi. Digər klub isə Alveşlə 3+1 illik müqavilə imzalamağa hazır olduqlarını bildirdi. "Barselona" ilə razılığa gələ bilmədik. Alveş komandada qalmayacağı üçün məyusdur. Bununla belə, futbolçu mövsümün sonuna qədər komandası üçün əlindən gələni edəcək".
Qeyd edək ki, mövcud müqaviləsi cari mövsümün sonunda başa çatacaq Daniel Alveşin PJ-yə transfer olunacağı gözlənilir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.