Xəstəliklərimizin ən böyük səbəbkarı orqanizmin çirklənməsidir. Gün ərzində qəbul etdiyimiz qidalar vasitəsilə bədənimizə yüzlərlə bakteriyalar daxil olur. Orqanizmin infeksiyalardan təmizlənməsi sağlam həyat və uzun ömür deməkdir. Orqanizmi təbii yollarla infeksiyalardan təmizləmə vasitələri təqdim edir:
Qanı təmizləmək üçün məlhəm · Payızda zəncirotunun kökünü yığıb qurudun. 2 xörək qaşığı zəncirotu kökündən 1 stəkan qaynar suya töküb, vam odda 10 dəqiqə qaynadın. Kənara qoyub, 40 dəqiqə saxlayın. Gündə 3 dəfə yeməkdən 15 dəqiqə əvvəl bu qarışıqdan yarım stəkan qəbul etmək qandakı çirki təmizləyəcək. Müalicə 1 həftə davam etdirilməlidir. · Fincana süd və tünd dəmlənmiş çay tökün. Üzərinə 2 çay qaşığı şəkər tozu və ya bal əlavə edib, gündə 4 dəfə için. Müalicəni 1 həftədən artıq təkrarlamaq olmaz.
Duzları təmizləmək üçün Günəbaxan kökünün qalın hissəsini götürüb qurudun. Qarışıqdan 1 stəkan götürüb, 3 litr suya tökün. 2 dəqiqə qaynadıb, 3 gün için. Növbəti dəfə eyni miqdarda günəbaxan kökü ilə suyu qarışdırıb, 5 dəqiqə qaynadıb, 3 gün ərzində için. Sonuncu mərhələdə isə suyu 10 dəqiqə qaynatmaq lazımdır.
Limfa düyünlərini qreypfrutla təmizləyin
900 ml. qreypfrut, 900 ml. portağal və 200 ml. limon şirəsini qarışdırıb, 2 litr suya qatın. Gün ərzində bu qarışıqdan için. Arada səhər yuxudan duranda içərisinə 2 çay qaşığı alma sirkəsi tökülmüş 2 litr su ilə imalə olunun. Tez-tez isti vanna edin. Bu prosedurdan sonra limfa düyünləri təmizlənəcək.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.