banner
banner

Dünya

Türkiyədə böyük yanğın – Dardanel boğazı qapadıldı FOTO VİDEO

Türkiyədə böyük yanğın –

Türkiyənin qərbində - Çanaqqala bölgəsindı güclü meşə yanğını baş verib. Günorta saatlarından bölgənin Gelibolu yarımadasındakı meşəlik ərazidə başlayan yanğını söndürmək mümkün olmayıb. Bölgədə əsən güclü külək buna imkan vermir.

Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə 20 helikopter, 2 amfibiya-təyyarə, 400-dən artıq yanğınsöndürən cəlb olunub. Dənizdən gəmilərlə yanğının söndürülməsinə başlandığı üçün Dardanel boğazında hərəkət ikitərəfli dayandırılıb.

Kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli bildirib ki, artıq 300 hektaradək meşə tamamən yanıb. Yanğın bölgəsində iki kənd yerləşir, alovun onlara yaxınlaşmamasına çalışılır. Eyni zamanda bölgədə tairix Çanaqqala döyüşündə həyatını itirənlərin şəhidliyi yerləşir, hazırda yanğından mühafizə birlikləri alovun müqəddəs məkana zərər verməməsinə çalışırlar.

Gelibolu Yarımadası'nda orman yangını - 10



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.