Baş ağrısı, yuxusuzluq, mədə xorası... - Qozun inanılmaz FAYDALARI
Qoz orqanizm üçün çox faydalı məhsuldur.
Onun tərkibində insan üçün lazım olan nadir maddələr (yağlı turşular, zülallar, vitaminlər, minerallar) var.
Qozun yarpaqları, arakəsmələri, qabıqları, yağı xalq təbabətində təbii müalicəvi vasitə kimi çox geniş istifadə olunur.
Baş ağrısı, yuxusuzluq, skleroz zamanı istifadə olunur:
3-4 qoz xırdalayın 1 çay qaşığı balla qarışdırın və axşam yatmazdan əvvəl qəbul edin.
Ürəyin işemik xəstəliyi, hipertoniya, qanazlığı zamanı da qozla balın qarışığı çox yaxşı müalicəvi təsir edir.
Mədə xorası zamanı qoz südü:
20 qr qoz blenderdə əzilir, üzərinə 100 ml qaynanmış ilıq su əlavə olunur. 30 dəqiqədən sonra mayeni süzün, 2 çay qaşığı bal əlavə edin və yaxşı qarışdırın. Hər gün qida qəbulundan 30 dəqiqə əvvəl bu südü 1 desert qaşığı olmaqla için.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.