banner
banner

Dünya

İstanbuldakı meşə yanğını ilə bağlı araşdırma başlanıb

İstanbuldakı meşə yanğını ilə bağlı araşdırma başlanıb

İstanbulun Heybeliada bölgəsində şam ağacları ilə zəngin meşədə yanğını baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Kənd və Meşə Təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, yanğının söndürülməsinə 2 təyyarə, 5 helikopter və 40-dan çox xilasedici cəlb olunub.

İstanbul Valiliyindən bildirilib ki, yanğın iki fərqli yerdə baş verib və meşəyə yaxın yaşayış məntəqələrinə yayılma təhlükəsi var.

Səbəbi hələlik bilinməyən faktla bağlı araşdırma başlanıb.

Qeyd edək ki, iyulun 6-da Türkiyənin Çanaqqala bölgəsində baş verən yanğında 450 hektar ərazi yanaraq yararsız hala düşüb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.