banner
banner

İdman

La Liqada mövsümə yekun vurulub

La Liqada mövsümə yekun vurulub

İspaniya La Liqasında 2019/20 mövsümünə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son gündə bürünc mükafatçı müəyyənləşib.

"Real Sosyedad"la bərabərə qalan "Atletiko" mövsümü 3-cü yerdə bitirib. "Valensiya"nı məğlub edən "Sevilya" isə madridlilərlə eyni sayda xal toplamasına baxmayaraq, 4-cü yeri tutub.

Ötən turda çempionluğu təmin edən "Real"la qarşılaşan "Leqanes" heç-heçəyə baxmayaraq, La Liqada qalmağı bacarmayıb.

Beləliklə, "Real", "Barselona", "Atletiko" və "Sevilya" Çempionlar Liqasına, "Vilyarreal", "Real Sosyedad", "Qranada" Avropa Liqasına vəsiqə qazanıb. "Espanyol", "Malyorka" və "Leqanes" isə La Liqanı tərk edib.

"Alaves" üzərində böyükhesablı qələbə qazanan "Barselona"da dubla imza atan kapitan Lionel Messi qol sayını 25-ə çatdırıb. Bununla argentinalı ardıcıl 4-cü, ümumilikdə isə 7-ci dəfə La Liqada mövsümün bombardiri olub.

İspaniya La Liqası
XXXVIII tur
19 iyul
"Alaves" - "Barselona" - 0:5
Fati, 24; Messi, 34, 75; Suares, 44; Semedo, 57
"Valyadolid" - "Betis" - 2:0
Qvardiola, 45+1; Plano, 63
"Vilyarreal" - "Eybar" - 4:0
Andre-Frank, 71; Moreno, 86, 89; Qomes, 90+4
"Atletiko" - "Real Sosyedad" - 1:1
Koke, 30 - Yanuzay, 88
"Espanyol" - "Selta" - 0:0
"Qranada" - "Atletik" - 4:0
Soldado, 29; Puertas, 56; Fernandes, 67; Montoro, 90+3
"Leqanes" - "Real" - 2:2
Gil, 45+1; Assale, 79 - Ramos, 9; Asensio, 52
"Levante" - "Xetafe" - 1:0
Koke, 90+9
"Osasuna" - "Malyorka" - 2:2
Adrian, 21; Peres, 68 - Aqbenyenu, 45+1; Budimir, 65
"Sevilya" - "Valensiya" - 1:0
Requlyon, 55

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.