Sümüklərin sağlamlığını qoruyan 5 MƏHSUL - Tək süd məhsulları deyil!
İnsan yaşlaşdıqca sümük kütləsi əriməyə başlayır. Nəticədə sümüklər daha zəif və məsaməli olur, sümüklərin qırılması riski artır.
Bu proses "osteoporoz" adlandırırlır. Osteoporoz "lal" xəstəlikdir, yəni özünün hər hansı simptomla büruzə vermir. Osteoporozu yalnız müəyyən müayinələrin köməyi ilə aşkar etmək olur.
Bir çox digər xəstəliklər kimi osteoporoz da xeyli cavanlaşıb və artıq orta yaşlı insanlarda da tez-tez aşkar olunur. Bu səbəbdən osteoporozun erkən profilaktikası çox vacibdir. Sümüklərin sağlamlığını qorumaq üçün qidalanmaya bəzi məhsulları əlavə etmək lazımdır. Bu tək kalsiumla zəngin olan məhsullar deyil.
Sitrus meyvələri
Bu meyvələr C vitamini ilə zəngindir. Bu vitamin oynaqların sağlamlığında böyük rol oynayır və həmçinin sümüklərin minerallaşması üçün vacib olan maddələrin əmələ gəlməsində iştirak edir.
Balıq
D vitamini kalsiumun orqanizm tərəfindən sovrulması üçün çox vacibdir. D vitaminin defisiti zamanı kalsium yaxşı sovrulmur və bu da sümüklərin zəiflənməsinə, əriməsinə səbəb olur.
Balıq D vitaminin ən yaxşı mənbəyidir.
Badam
Badam sümüklərin sağlamlığı üçün vacib olan kalsium, kalium, marqans və E vitamini ilə zəngindir.
Küncüt
Küncüt sümüklərin sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır. Küncütün tərkibində olan kalsium süd məhsullarında olan kalsiumdan daha çoxdur. Mütəxəssislər küncütü yeməklərə, salatlara əlavə etməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, küncütün qızardılması zamanı onun faydası azalır.
Göyərti və kələm
Bu məhsullar K vitamini ilə zəngindir. K vitamini isə kalsiumla birlikdə sümüklərin sıxlığını artırır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.