2014-cü ilin üçüncü rübündə “Facebook” sosial şəbəkəsinin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə (90%) artaraq 806 milyon dollara çatıb.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, hesabat dövründə gəlir 59% artaraq 3,2 milyard təşkil edib. Reklamdan əldə olunan gəlirin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 64% artaraq 2,96 milyard dollar təşkil edib. Bu halda şirkətdən bildirilib ki, reklam gəlirinin 66%-i mobil reklamın payına düşür, halbuki bir il əvvəl bu göstərici 49% olub.
Sosial şəbəkənin aylıq auditoriyası 1,35 milyard istifadəçi təşkil edir. “Facebook” dünyanın ən böyük sosial şəbəkəsidir. Şirkət 2004-cü ildə Mark Zukerberq tərəfindən təsis edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.