Ermənistanda müxalifətdə olan Təsis Parlamenti qrupunun 5 lideri iki aylıq müddətə həbsə atılıb. Bu barədə ölkənin İstintaq Komitəsinin nümayəndəsi Sona Truzyan deyib. O bildirib ki, təşkilatın sədri Garegin Qukasyan və dörd lider aprelin 8-də saxlanıblar. Onlar ölkədə kütləvi hərc-mərçlik salamağa cəhddə ittiham olunurlar. Xatırladaq ki, təşkilat aprelin 24-də ölkədə hökumət əleyhinə kütləvi aksiyalar keçirməyə çağırıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.