banner
banner

İdman

Kriştianu Ronaldu yeni rekordlar müəyyənləşdirdi

Kriştianu Ronaldu yeni rekordlar müəyyənləşdirdi

İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu yeni rekordlara imza atıb.

"Report"un məlumatına görə, 35 yaşlı hücumçu buna A Seriyasının XXXIV turunda "Latsio" ilə matçda nail olub.

Portuqaliyalı forvard İtaliya çempionatı tarixində 50 qola ən tez çatan futbolçudur. Ronaldu 61 qarşılaşmada 50 dəfə fərqlənib.

Hücumçu həmçinin İtaliya, İngiltərə və İspaniya çempionatlarında ən az 50 qol vuran ilk oyunçu kimi də tarixə düşüb.

Ronaldu 1952-ci ildən bəri Turin təmsilçisində bir mövsüm ərzində 30 qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, "Yuventus" "Latsio"nu 2:1 hesabı ilə məğlub edib. Komandanın hər iki qolunu Ronaldu vurub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.