banner
banner

İdman

İbrahimoviç Fransanı söydü, 4 oyunluq cəza aldı

İbrahimoviç Fransanı söydü, 4 oyunluq cəza aldı

PSJ-nin isveçli hücumçusu Zlatan İbrahimoviç cəzalandırılıb.
Fransa Futbol Federasiyası 34 yaşlı ulduz futbolçunu 4 oyunluq diskvalifikasiya edib.
Buna səbəb İbrahimoviçin Fransa çempionatının XXIX turu çərçivəsində "Bordo” ilə matçdan sonra verdiyi açıqlama olub. Təcrübəli forvard hakimliyi kəskin tənqid etməklə yanaşı, Fransa çempionatının PSJ-nin səviyyəsinə layiq olmadığını bildirmişdi.
Onun bu fikri ölkənin futbol ictimaiyyəti tərəfindən pis qarşılanmışdı. İbrahimoviç sonradan açıqlamasının səhv başa düşüldüyünü desə də, federasiya onu cəzalandırmaq fikrindən daşınmayıb.
Qeyd edək ki, İbrahimoviç Çempionlar Liqasında da cəzalı duruma düşüb. O, ¼ finalda "Barselona” ilə keçiriləcək ilk oyunu buraxacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.