banner
banner

İdman

"İnter" yenə büdrəyib, "Roma" darmadağınla qalib gəlib

"İnter" yenə büdrəyib, "Roma" darmadağınla qalib gəlib

İtaliya A seriyasında XXXV tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 6 oyun baş tutub.

"Napoli" ortabab "Parma" önündə aciz qalıbsa, "Roma" səfərdə çempionatın sonuncusu "Spal"ı darmadağın edib.

"Fiorentina"nı qəbul edən "İnter" qolsuz bərabərliklə kifayətlənib və turnir cədvəlində bir gün öncə əldən verdiyi ikinci pilləni qaytara bilməyib.

"Leççe"yə məğlub olan "Breşiya" isə "Spal"dan sonra elitanı tərk edəcək ikinci komanda olub.

Tura iyulun 23-də keçiriləcək "Udineze" - "Yuventus" (21:30) və "Latsio" - "Kalyari" (23:45) oyunları ilə yekun vurulacaq.

İtaliya A seriyası
XXXV tur
22 iyul
"Parma" - "Napoli" - 2:1
Kaprari, 45+3 (pen.); Kulişevski, 87 - İnsinye, 54 (pen.)
"İnter" - "Fiorentina" - 0:0
"Leççe" - "Breşiya" - 3:1
Lapadula, 22, 32; Saponara, 70 - Dessena, 63
"Sampdoriya" - "Cenoa" - 1:2
Qabbiadini, 32 - Krişito, 22 (pen.); Leraqer, 72
"Spal" - "Roma" - 1:6
Serri, 24 - Kaliniç, 10; Peres, 38, 52, 75; Kolarov, 47; Zaniolo, 90+1
"Torino" - "Verona" - 1:1
Zaza, 67 - Borini, 56 (pen.)

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.