banner
banner

İdman

AZAL rəhbərliyindən tələb

AZAL rəhbərliyindən tələb

AZAL-ın rəhbərliyi və əsas komandanın üzvləri arasında növbəti görüş keçirilib.

Qol.Az-ın klubun "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, görüşdə əsas müzakirə mövzusu komandanın Azərbaycan Premyer Liqasının 9-cu turunda "Bakı"ya məğlubiyyəti (0:1) olub.

Klubun vitse-prezidenti Fikrət Hüseynov açılış nitqi ilə çıxış edərək bu nəticənin arzuolunmaz olduğunu bildirib. Futbolçuların ən qısa zamanda toparlanmalı olduğunu qeyd edən F.Hüseynov rəhbərliyin komandanın qarşısına qoyduğu konkret tələbi də açıqlayıb: qarşıdakı 2 oyunda - "Simurq" və "Neftçi"yə qarşı matçlarda yalnız və yalnız qələbə qazanmaq!

Daha sonra komandanın baş məşqçisi Tərlan Əhmədov komandadaxili durumdan və əhval-ruhiyyədən danışıb. O, növbəti oyunlarda bu uğursuzluğu unutduracaqlarına inandığını bildirib.

Qeyd edək ki, futbolçuların əhval-ruhiyyəsinin yüksəldilməsi məqsədilə keçirilən görüşdə komandanın müşahidə şurasının sədri Rəsul Rəsulov da iştirak edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.