Mərakeş hakimiyyəti koronavirusa yoluxma sayının artması səbəbindən bu gündən səkkiz şəhərə giriş-çıxışın qadağan edilməsi ilə bağlı qərar verib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.
Qeyd edilib ki, son günlərdə koronavirusa yoluxma sayının əhəmiyyətli dərəcədə artması ilə əlaqədar olaraq iyulun 27-də saat 00:00-dan etibarən Kasablanka, Tanjier, Tetuan, Fez, Marrakeş, Meknes, Berraşid və Settat şəhərlərinə giriş-çıxış qadağan olunub.
Qərara əsasən, yalnız xüsusi icazəsi olan müəssisələr fəaliyyət göstərəcək. Eyni zamanda yük daşımalara da icazə verilib.
Qeyd edək ki, son sutka ərzində Mərakeşdə 633 yoluxma hadisəsi qeydə alınıb. Bir gün əvvəl isə ölkədə anti-rekord qeydə alınıb - 811 yoluxma.
Krallıqda ümumilikdə 20 mindən çox insan koronavirusa yoluxub. Onlardan 16,4 min nəfər sağalıb, 313 nəfər ölüb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.