banner
banner

Dünya

AES olan şəhərdə zəlzələ

AES olan şəhərdə zəlzələ

İranın cənub-qərb əyaləti Buşəhrdə zəlzələ hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, İranın cənub-qərbindəki Buşəhr əyalətində 4,7 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) xəbər yayıb.

Xəbərdə bildirilir ki, 4.7 bal gücündə yeraltı təkan Firuzabad şəhərindən 97 kilometr cənub-qərbdə müşahidə edilib.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb. 

İran hökümətindən dağıntı və tələfat barədə hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Fars Körfəzinin sahilində yerləşən Buşəhr əyalətində atom elektrik stansiyası mövcuddur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.